Haqqında
Memarlıq büromun əsas xətti minimal formalar və yerli daşın müasir istifadəsidir. Aglay və Qobustan daşını beton-şüşə həndəsəsi ilə birləşdirirəm — binanın Bakıda dayandığı bilinsin, amma bu əsrdə tikildiyi də. İşin 70%-i fərdi yaşayış evləridir; layihəyə eskizdən yox, ailənin bir gününün xronologiyasından başlayıram.